ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə edəcək

ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə edəcək.

Məlumata görə, bunu ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Vyanada brifinq zamanı bildirib.

O deyib: “Biz Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanmaları prosesində yaradılmış imkanlardan istifadə etmək və Erqnetidə (Gürcüstan) İnsidentlərin Qarşısının Alınması və Reaksiya Mexanizminin fəaliyyətini bərpa etmək istiqamətində işimizi davam etdirəcəyik”.

10.01.2019 14:45 / Baxılıb: 370 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo