Necə qənaətcil olmaq olar?

Aygün Nəbiyeva / AZADİNFORM. Hər kəs öz gəlirini ən yaxşı şəkildə sərf etmək istəyir. Bunun üçün ev xərclərini azaltmaq və pul yığmaq üçün həll yolları axtarırıq. Alış-veriş sırasında ucuz olana qaçmaq heç də məsləhətli deyil. Necə deyərlər “Ucuz ətin şorbası olmaz”. İstər qida, istərsə də təmizlik vasitələri olsun həmişə etibarlı olanı seçmək sərfəli olacaq. Araşdırmalar göstərir ki, bir neçə üsulla evdə daha səmərəli yaşamaq olar.

Azadinform həmin üsullardan bir neçəsini təqdim edir:

 

Yeməyinizi evdə yeməklə

Yeməyi evdə yeməklə həm “fastfood” tərzli yeməklərdən uzaq olar, həm də sağlam qidalanarıq. Bu isə öz növbəsində xəstəliyin az olma ehtimalı yüksək tutur və müalicə üçün əlavə pul xərcləməkdən də qaçmış olarıq. 

 

Əlimin altında olsun prinsipi ilə alış-veriş etməyin

Mütəxəssislər bildirir ki, digər məsələ qidaların düzgün saxlanılmasıdır. Ümumiyyətlə, işləyən ailələrdə yemək bişirməyə vaxt olmur, bəzi tərəvəzlər soyuducuda xarab olaraq zibilə gedir. Pula qənaət etmək üçün ilk növbədə doğru alış-veriş etməli və ehtiyacınız olmayan şeyləri götürməməlisiniz.

 

 

Mövsümündə almaq lazımdır

Qənaətcil mətbəx üçün mövsümü təqib etmək vacibdir. Dekabr, yanvar, fevral və mart ayları arasında ispanaq, kərəvəz, qara, ağ və gül kələminin əsl vaxtıdır. Noxud, lobya, mərci və bulqur kimi qidalar isə qışda yeyiləsi ən sağlam qidalardır.

 

Marketlərdən alış-veriş edərkən diqqətli olmaq lazımdır

Market rəflərindəki qiymətlərə mütləq baxmaq lazımdır. Eyni keyfiyyətli markalar arasında qiymət fərqləri var. Mümkün qədər etibarlı, tanınmış markaları seçməliyik. Bilmək lazımdır ki, ucuz məhsul həmişə pul qazandırmır.

 

 

Öz məhsullarını satan insanlardan bazarlıq etmək lazımdır

Rayonlara gedərkən yol kənarında öz bağından olan məhsulları satan kəndliləri görürük. Belə imkanları dəyərləndirmək lazımdır. Çünki bu məhsullar daha keyfiyyətli və marketdəkindən daha aşağı qiymətə olur.  

 

Qurudun, dondurun və bişirin

İndi demək olar ki, bütün evlərdə “no-frost” xüsusiyyətinə sahib soyuducular var. Badımcan, bibər kimi tərəvəzləri donduraraq daha sonra da istifadə etmək olar. Doğranmış soğan, soyulmuş pomidor, noxud və bir çox məhsulu bişmiş yaxud çiy halda dondurmaq olar. Dondurucuda hazırladığınız ərzaqlara kiçik bir etiket qoyaraq tarix yazmaq olar.

10.01.2019 13:10 / Baxılıb: 915 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.03.2019
    22.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo