Heydər Əliyev Sarayında uşaqlar üçün yeni tamaşa

AZADİNFORM. Fevralın 17-də Heydər Əliyev Sarayında uşaqlar üçün orijinal və interaktiv yeni tamaşa “İşıqlı kuklalar şousu” təqdim olunacaq.

Saraydan Azadinform-a verilən məlumata görə, öz kreativliyi ilə fərqlənən, 1 metrdən 8 metrədək ölçüsü olan yeni, parlaq, unudulmaz, qeyri-adi və unikal işıqlı kuklalar hər yaşda tamaşaçıların böyük marağına səbəb olacaq.

Nikolay Zıkov teatrının təqdim etdiyi bu unikal tamaşa bənzərsiz uğurlarla bütün dünyada sevilir. Nikolay Zıkov dünyanın ən tanınan kuklaçılarından biridir. 200-dən çox kukla yaradan, Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 40-dan çox ölkəsində tamaşalarla çıxış edən Nikolay Zıkov 20-dən çox kukla şousunun müəllifi, rejissoru, rəssamı və ifaçısıdır. Hansılar ki, yenilikçi yaradıcılıq fəaliyyəti və peşakar ifaçılığına görə bir çox beynəlxalq mükafatlara layiq görülüb.

Saat 13:00-da başlayacaq şounun biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz. Biletlərin qiyməti 10-50 manat təşkil edir.

Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30

9.01.2019 23:21 / Baxılıb: 164 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo