Hərbi topoqrafların təlim-metodiki toplanışı olub Foto

Samir Soltanov/AZADİNFORM. Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 2019-cu tədris ili üçün təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun topogeodeziya təminatının təşkili və hidroqrafiya işi ixtisaslı hərbi qulluqçuları ilə təlim-metodiki toplanış keçirilir. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Naviqasiya və Kartoqrafiya İdarəsinin rəisi, 1-ci dərəcəli kapitan Davud Bağırlı Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən 2019-cu ildə qarşıya qoyulan tapşırıqları, eləcə də təşkil olunan toplanışda ixtisas üzrə məşğələlərin, fiziki, praktiki və test sınaqlarının müvafiq qaydada keçirilməsi ilə bağlı tövsiyələri şəxsi heyətə çatdırıb.

9.01.2019 17:13 / Baxılıb: 263 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
24.03.2019
23.03.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo