Gömrükdə 10 mobil telefon müsadirə edilib

Samir Soltanov/AZADİNFORM. Mobil telefonların qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb. 

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azadinform-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Audi A4” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin qabaq şitinin içindən 6 ədəd “Samsung Galaxy J6”, 2 ədəd “Samsung Galaxy J4” və 2 ədəd “Samsung Galaxy J2” markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

9.01.2019 17:00 / Baxılıb: 266 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    © 2019 All right reserved www.azadinform.az Powered by Danneo