Bakı Qarnizonunda intizamın vəziyyəti təhlil edilib

Samir Soltanov/AZADİNFORM. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2018-ci ilin yekunlarına dair Bakı Qarnizonunda intizamın vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər. 

Müşavirədə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev çıxış edərək 2018-ci il ərzində qarnizon ərazisində görülən işlərdən, əldə olunan uğurlardan danışıb. K.Vəliyev 2019-cu ildə döyüş hazırlığının yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması barədə müdafiə nazirinin müvafiq tapşırıqlarını vəzifəli şəxslərə çatdırıb.

9.01.2019 13:47 / Baxılıb: 356 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo