İcra Hakimiyyəti partlayışla bağlı açıqlama verdi

AZADİNFORM. Xəbər verildiyi kimi, yanvar ayının 9-u gecə saatlarında Yasamal rayonu, Tolstoy küçəsi 40 ünvanında birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.

Azadinform-un Yasamal Rayon İcra Hakimiyyətindən əldə etdiyi məlumata görə həmin ünvanda aparılan ilkin araşdırmalardan buradakı hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi məlum olub. Bildirilib ki, çox güman ki, mənzildə qaz xətti açıq olub, bu da gecə vaxtı köhnə xətlərdən qazın sızmasına və partlayışa səbəb olub. 

Qeyd edilir ki, məsələnin araşdırılması davam edir.

9.01.2019 13:21 / Baxılıb: 329 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2019
    18.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo