Hüquq müdafiəçiləri Mehman Hüseynovla görüşüblər

“Mehman bizə görüşdə bildirdi ki, artıq sulu qidalar qəbul edir və saxlama şəraitindən hər hansı narazılığı yoxdur”. 

Azadinform xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya hüquq müdafiəçisi Sədaət Bənəniyarlı bugünkü görüşlə bağlı təəssüratlarını bölüşən zaman deyib. O bildirib ki, hazırda Mehman Hüseynovun vəziyyəti qənaətbəxşdir: “Bu gün o, həm atası, həm Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, həm də bizimlə görüşüb. Elə bizimlə 1 saatdan artıq söhbət etdi. Yəqin, zəifliyi olan, özünü pis hiss edən adam bu qədər uzun müddət söhbətləşə, fikirlərini səlis ifadə edə bilməz. 

Mehman bizə dedi ki, aksiyanı hardasa ötən ayın 30-dan saxlayıb, sulu qidalar qəbul edir. Özü demiş, kabab yeməyəcək ki? Özünü tam normal idarə edə bilir, rahat gəzir də. Bizim onun qaldığı kameranı görmək, saxlanma şəraiti ilə tanış olmaq imkanımız da oldu. Hər şey normaldır. Mehmanın tək etirazı ona qarşı açılmış 2-ci cinayət işi ilə bağlıdır. Biz də bu zaman əlimizdən gələni etməyə hazırıq”. 

Qeyd edək ki, bu gün bir qrup hüquq müdafiəçisi Mehmanla həbsxanada görüşüb. Onların arasında Sahib Məmmədov, Sədaət Bənəniyarlı, Əliməmməd Nuriyev və Rauf Zeyni də var.

8.01.2019 15:45 / Baxılıb: 99 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2019
    18.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo