İkisahil.az yeni ildə yeni dizaynda

Samir Soltanov/AZADİNFORM. “İki sahil” qəzetinin “ikisahil.az” saytı 2019-cu ilin ilk günlərində yeni dizayn və  təkmilləşmiş məzmunda oxucuların ixtiyarına verilib. 

Azadinform xəbər verir ki, ayrı-ayrı sahələr üzrə görülən işlərin, əldə olunan uğurların konkret bölmələrdə yerləşdirilərək, tez və asan şəkildə oxuculara çatdırılması təkmilləşmənin, yeniləşmənin, ən əsası daim qeyd etdiyimiz kimi, yeni texnologiyaların  uğuru, perspektividir.

Yeni saytda diqqəti cəlb edən  əsas yeniliklərdən biri də  qəzetimizin təsisçisi,  ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasına  davamlı töhfələr verən, adı bu gün dünyanın nüfuzlu şirkətləri ilə eyni sırada çəkilən SOCAR-ın, eyni zamanda, onun ayrı-ayrı strukturlarının  fəaliyyəti barədə dolğun məlumatların əldə olunması üçün “SOCAR” bölməsinin yaradılması, ölkə iqtisadiyyatının onurğa sütunu kimi dəyərləndirilən neft-qaz sənayesində  yeniliklərin, nailiyyətlərin məhz bu bölmədə yerləşdirilməsidir. 

Uğurlu başlanğıc davamlı uğurlar üçün əsasdır. «İki sahil» qəzetinin yeni ildə yeni tərtibatda saytla oxucularının görüşünə gəlməsi  demokratik cəmiyyətin əsas atributlarından biri kimi dəyərləndirilən mətbuatın təkmilləşməsinin, yeniləşməsinin, operativliyi fəaliyyətinin əsas prinsipi kimi qəbul etməsinin təzahürüdür. 

Qeyd etdiyimiz kimi, yeni sayt müasir tələblərə uyğun olaraq sadə, zövqlü, eyni zamanda, maksimum rahat oxunmanı təmin edən tərzdə yığılıb. Dizayndan əlavə, saytın məzmununda da yeniliklər diqqətçəkəndir. Əvvəlki dizaynda mövcud olan  bölmələr də ümumiləşdirilərək  istifadəçilərə təqdim olunub. Belə ki, quruluş və məzmun baxımından müasir texnologiyaların  tələblərinə cavab verən yeni saytda “Siyasət», «Ordu», «SOCAR», «İqtisadiyyat», «Analitika», «Sosial», «Mədəniyyət» «Dünya», «Maraqlı», «İdman», «Köşə», «Qan yaddaşı» bölmələri  yer alıb. İstifadəçilər bu bölmələr vasitəsilə 27 ildən artıq  müstəqillik tarixinə malik olan Azərbaycanın ayrı-ayrı sahələr üzrə   dünəninə, bu gününə və sabahına baxış olmaqla operativ məlumatları əldə edə bilərlər.  

4.01.2019 18:40 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2019
    18.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo