ƏƏSMN-nin veb saytı rəsmi saytlar sırasında birinci olub

Adəm Abbaslı/AZADİNFORM. Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) 2018-ci ilin yekunlarına əsasən açıqladığı məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytı (www.sosial.gov.az) ötən il ən çox müraciət edilən rəsmi saytlar sırasında birinci olub.

ƏƏSMN-dən Azadinform-a verilən məlumata görə, saytda məlumatların gündəlik olaraq yenilənməsi təmin olunur, sosial təminat növləri, proqram və layihələr, istehsalat təqvimi, tender, müsabiqə və müsahibə elanları, vakansiyalar, zəruri məlumatlar, mənzil və minik avtomobili almaq üçün növbəlilik siyahıları, bu təminatlar üçün tələb olunan sənədlərin siyahıları və s. müvafiq olaraq ayrıca bölmələrdə təqdim edilir. Həmçinin saytda “E-xidmətlər” bölməsi nazirlik tərəfindən göstərilən elektron xidmətlərə birbaşa keçid etməyə imkan verir. Saytın üstünlüklərindən biri də nazirliyin fəaliyyət sahələri ilə bağlı informasiya açıqlığını təmin etməsidir.

4.01.2019 17:10 / Baxılıb: 290 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo