"Neftçi" 50-yə çatmadı

Samir Soltanov/AZADİNFORM. Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu “Neftçi” üçün yubileylə əlamətdar olub. 

Azadinform PFL-in saytına istinadən xəbər verir ki, öz meydanında “Sumqayıt”la qarşılaşan paytaxt təmsilçisi kubokda 75-ci ev matçını keçirib. 0:2 hesabı ilə uduzan bakılılar yubileyin ikiqat olmasını rəsmiləşdirə bilməyib. Öz meydanında 49 qələbəsi olan “Neftçi” 50-ci uğurunu təxirə salıb. 

75 ev oyununda 14 heç-heçəsi olan “ağ-qaralar” doğma meydanda 12-ci dəfə uduzub. Bu görüşlərdə 150 qol vuran “Neftçi” 48 top buraxıb.

18.12.2018 15:39 / Baxılıb: 129 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo