Gürcüstanda yeni Konstitusiya qüvvəyə minib

Gürcüstanın yeni Prezidenti Salome Zurabişvilinin andiçmə mərasimindən sonra ölkənin yeni Konstitusiyası qüvvəyə minib.

11 fəsil və 78 maddədən ibarət olan ali qanun insan haqları standartlarını müəyyən etməklə yanaşı, həm də hakimiyyət qolları arasında səlahiyyətləri müəyyən edir.

Konstitusiyaya edilmiş əsas dəyişikliklər prezidentin seçilməsi qaydaları, parlamentin tərkibi, kənd təsərrüfatı torpaqları, parlament binasının yerləşməsi, nikahın tərifi və digər məsələlərlə bağlıdır.

Yeni ali qanuna əsasən, 2023-cü ildən etibarən Gürcüstan prezidentini seçki kollegiyası seçəcək, 2020-ci ilə qədər majoritar sistem saxlanılacaq, lakin siyasi partiyaların parlament seçkiləri üçün birləşməklə bağlı bir imkanı olacaq, 2024-cü ildən isə ölkə proporsional sistemə keçəcək.

Sənədə əsasən, kənd təsərrüatı torpağı sosial resurs kimi yalnız dövlətə, özünüidarəetmə vahidinə, Gürcüstan vətəndaşı və ya Gürcüstan vətəndaşlarının birliyinə məxsus ola bilər.

Konstitusiya ilə parlamentin yerləşdiyi yer də dəyişdirilib. Ali qanunda 2019-cu ilin yanvar ayından etibarən qanunverici orqanın yerləşdiyi yer Tbilisi şəhəri göstərilib.

Ali qanunda nikahın tərifi qadın və kişi arasında ailə qurmaq məqsədilə yaradılmış birlik kimi göstərilib. Qüvvədən düşmüş Konstitusiyada nikahın evlilərin bərabər hüquqları və könüllü istəyinə əsaslandığı yazılmışdı.

Qeyd edək ki, Gürcüstan parlamenti Konstitusiyaya dəyişiklikləri 2017-ci ilin sentyabrında 117 səslə təsdiq edib.

Daha əvvəl Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi keçirilib. (report)

16.12.2018 17:11 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo