"Azərbaycan bu il hərbi məhsul ixracını 9,2 faiz artırıb"

2017-ci il ilə müqayisədə Azərbaycan ölkə daxilində istehsal olunan hərbi təyinatlı məhsulların xarici dövlətlərə ixracını bu il 9,2 faiz artırıb.

Azadinform xəbər verir ki, bunu Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.

Nazir müavininin sözlərinə görə, ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsal ilə əvəzlənməsi üzrə nazirlikdə məqsədyönlü işlərə başlanılıb:

"Artıq nazirliyin müəssisələri beynəlxalq bazarlara çıxaraq müxtəlif tenderlərin qalibi olublar. Bu da öz novbəsində istehsal olunan məmulatların keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu təsdiq edən əsas şərtlərdəndir. Nəticədə müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanıb və icrasına başlanılıb".

Yəhya Musayev bildirib ki, bu gün Müdafiə Sənayesi Nazirliyinin rnüəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, zirehli texnikaların, xüsusi təyinatlı patrul maşınlarının və digər məmulatların ixracı hayata keçirilir.

"Hazırda onlarla ölkəyə Azərbaycan istehsalı olan hərbi məhsullar ixrac edilir. 2017-ci illə müqayisədə bu il ixrac edilmiş məmulatların həcmində 9,2 faiz artım olub. Böyük qürur hissi ilə deyə bilərik ki, Müdafiə Sənayesi Nazirliyi tərəfindən yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatlar Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir. Vurğulamaq lazımdır ki, istehsal olunan rəqabətədavamlı məhsulların dünya bazarına çıxarılmasına əsas zəmin yaradan amillər nazirliyin müəssisələrinin beynəlxalq standartlara cavab verə biləcək məhsul istehsal etmək potensialına malik olması va yüksəkixtisaslı kadrlarla təmin edilməsidir", - deyə nazir müavini əlavə edib.

16.12.2018 17:23 / Baxılıb: 109 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo