"Qəbələ ölkə kubokunda "Sabahı məğlub edib

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Azadinform xəbər verir ki, "Qəbələ” doğma meydanda "Sabah”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə yeganə qol 45-ci dəqiqəyə təsadüf edib. "Sabah"ın heyətində Filip İvanoviç avtoqol müəllifi olub. Bu komandalar arasındakı cavab oyunu dekabrın 20-də baş tutacaq.

Günün digər oyununda "Qarabağ” "Keşlə” ilə qarşılaşacaq. Dünən keçirilmiş matçlarda "Sumqayıt” səfərdə "Neftçi”ni 2:0, "Zirə” isə evdə "Səbail”i 1:0 hesabı ilə məğlub edib.

16.12.2018 16:53 / Baxılıb: 101 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo