Serbiyada yol qəzası - 3 ölü var

Makedoniyadan yola düşən avtobus Serbiyanın cənubunda yoldan çıxıb.

Azadinform-un məlumatına görə, hadisə yerli vaxtla saat 01:45-də baş verib.

Prilep-Vyana marşrutu ilə hərəkət edən avtobus yoldan çıxıb və aşıb.

Serbiya Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, 3 nəfər ölüb, 28 nəfər xəstəxanaya çatdırılıb.

Hadisə yerində polis qəzanın səbəblərini araşdırır. Qeyd edək ki, son iki gündür Serbiyada yağış və qar yağıb.

16.12.2018 16:14 / Baxılıb: 91 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo