Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi 33 dəfə artıb

AZADİNFORM. "2018-ci ildə ümumi məhsul istehsalının həcmi 2007-ci illə müqayisədə 6,8 dəfə, müdafiə təyinatlı məmulatların həcmi isə 33 dəfə artıb".

Azadinform xəbər verir ki, bunu Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.

Onun sözlərinə görə, istehsal olunan ümumi məhsulun 80 faizdən çoxu müdafiə və xüsusi təyinatlı məmulatlardır.

"Son illərdə isə bu nisbət 90 faizi keçib. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1200-ü keçib", - deyə nazir müavini bildirib.

16.12.2018 15:37 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo