Çaylarda suyun səviyyəsində artım müşahidə olunub

AZADİNFORM. Çaylarda sululuq səviyyəsi dəyişib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azadinform-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 85-95, Kiçik Qafqazın çaylarında 40-180, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 75-145 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, dekabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 177 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 112 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Son dəfə məntəqədə su sərfi 82,5 m3/s olmaqla, ongünlük normanın 109 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 42 m3/s təşkil edərək ongünlük normanın 56 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 2, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım qeydə alınıb, lakin Salyan məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Surra məntəqəsində suyun səviyyəsi 446 sm (2017-ci il dekabrın 14-də 380 sm), Şirvanda 333 sm (2017-ci il dekabrın 14-də 269 sm), Salyanda 297 (2017-ci il dekabrın 14-də 232 sm), Bankədə 257 sm (2017-ci il dekabrın 14-də 206 sm), Araz çayının Novruzlu məntəqəsində isə 138 sm (2017-ci il dekabrın 14-də 130 sm) təşkil edib.

16.12.2018 11:54 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo