Neftçi Sumqayıta uduzdu

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir ilk oyunu keçirilib.

Azadinform xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Bakcell Arena"da "Sumqayıt"ı qəbul edib.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Əli Babayev 28-ci dəqiqədə penaltidən fərqlənib. Şəhriyar Əliyev isə 45+4-cü dəqiqədə künc zərbəsindən sonra başla qol vurub.

Maraqlıdır ki, hər iki qolun müəllifi zədələnərək oyunu davam etdirə bilməyib. Matçın ilk hissəsində ayağından zərbə alan Ə.Babayev fasilədən sonra, 55-ci dəqiqədə Cavid Tağıyevlə əvəzlənib. Qarşılaşmanın 62-ci dəqiqəsində zədələnən Şəhriyar Əliyev isə yerini Murad Xaçayevə verib.

Oyunun 88-ci dəqiqəsində "Neftçi"nin heyətində Anton Krivotsyuq simulyasiya etdiyi üçün ikinci dəfə sarı vərəqə alıb və meydandan qovulub.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu dekabrın 19-da “Kapital Bank Arena”da keçiriləcək və saat 19:00-da başlayacaq.

Günün ilk oyununda "Zirə" və "Səbail" komandaları üz-üzə gəlib.

15.12.2018 21:57 / Baxılıb: 94 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo