Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Azadinform xəbər verir ki, ilk oyunda "Zirə" və "Səbail" komandaları üz-üzə gəlib.

"Dalğa Arena"da keçirilmiş görüş "Zirə"nin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 45-ci dəqiqədə İlkin Muradov vurub. Bu, "Səbail"in legioneri Tome Kitanovskinin 33-cü dəqiqədə qırmızı vərəqə almasından sonra baş verib.

Günün növbəti oyunu "Neftçi" və "Sumqayıt" arasında keçiriləcək.

15.12.2018 20:54 / Baxılıb: 106 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo