Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri üçün əyləncə proqramı təşkil edib

AZADİNFORM. Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri üçün növbəti şənlik proqramı təşkil edib.

Azadinform xəbər verir ki, Xətai rayonundakı idman-əyləncə park kompleksində təşkil olunan budəfəki əyləncə Yeni il bayramı ərəfəsinə təsadüf edib.

Uşaqlar dostları ilə birlikdə parkda quraşdırılan Yeni il yolkası ətrafında, fayton, avtobus, qatar və digər attraksionlarda maraqlı gün keçiriblər, müxtəlif yarışlarda iştirak ediblər.

Parkda uşaqlar üçün musiqili proqram da təqdim olunub.

Tədbir çərçivəsində ərazidə “Toplan” sahibsiz itlərə Qayğı Mərkəzinin maarifləndirmə guşəsi yaradılıb. Burada uşaqlara “Toplan” Qayğı Mərkəzinin fəaliyyəti barədə məlumat verilib, itlərin şousu təqdim olunub.

Qeyd edək ki, idman-əyləncə park kompleksi istifadəyə verildiyi gündən şəhər sakinləri və qonaqların sevimli məkanına çevrilib. Park ərazisində asudə vaxtın səmərəli keçirilməsi məqsədilə müxtəlif əyləncə və idman qurğuları, modern incəsənət kompozisiyaları quraşdırılıb.

Yeni il ərəfəsində parkın bayram ab-havasında - rəngarəng bəzədilməsi isə şəhər sakinləri və qonaqlara istirahətlərini daha da maraqlı, yaddaqalan keçirməyə imkan verəcək.

15.12.2018 20:16 / Baxılıb: 148 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
24.03.2019
23.03.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo