Sumqayıtda oğurluq etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb

AZADİNFORM. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətindən Azadinform-a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 13-cü mikrorayon ərazisindəki binalardan birinin liftinin əyləc dolaqlarını, 1 mağazadan plastik qapı, 4 evdən isə təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Əhmədov, 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 8 evdən pul və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Vəliyev, 1 marketdən və 1 avtomobildən məişət əşyası, 5 evin girişindən su sayğacı oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Akif Musayev, daha 5 evin girişindən su sayğacları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov saxlanılıblar.

Araşdırmalar aparılır.

15.12.2018 20:07 / Baxılıb: 151 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo