Almaniyadakı kilsələr bu il 13 mlrd. avroya yaxın üzvlük haqqı toplayıb

Almaniyada fəaliyyət göstərən katolik və protestant kilsələri bu il 13 mlrd. avroya yaxın üzvlük haqqı toplayıb.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu rəqəmi Almaniyanın Maliyyə Nazirliyi açıqlayıb.

Avropa ölkəsinin İqtisadiyyat İnstitutunun araşdırmasına görə, hazırda kilsə üzvlərinin sayı, təxminən, 45 mln.dur. Bunun 23,5 mln.-u katoliklər, 21,5 mln.-u isə protestantlardır. Onlar, müvafiq olaraq, orta hesabla 291 avro və 278 avro üzvlük haqqı ödəyirlər. 

15.12.2018 19:06 / Baxılıb: 97 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    © 2019 All right reserved www.azadinform.az Powered by Danneo