Məşhur futbolçu Argentina komandasının baş məşqçisi olacaq

Argentina millisinin sabiq futbolçusu Ernan Krespo vətənində “Banfild”in baş məşqçisi olacaq.

Azadinform xəbər verir ki, bu barədə klubun prezidenti Oksar Tuker “Twitter” vasitəsilə bildirib. 

O, 43 yaşlı mütəxəssislə razılıq əldə olunduğunu vurğulayıb. Argentinanın yüksək dəstəsində çıxış edən “Banfild” 15 turdan sonra 21 xalla 10-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, Krespo futbolçu karyerası ərzində vətənində “River Pleyt”, İtaliyada “Parma”, “Latsio”, “Milan”, “İnter”, “Cenoa” və İngiltərənin “Çelsi” komandalarının formasını geyinib. O, indiyədək “Parma”nın gənclər və “Modena”nın əsas komandasına rəhbərlik edib.

15.12.2018 17:32 / Baxılıb: 102 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo