XİN: "Qətər qonşuları ilə danışıqlar aparmır"

"Qətər ona qarşı blokada siyasəti yeridən qonşu dövlətlərlə il yarımdır hər hansı danışıqlar aparmır".

Azadinform “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Qətər xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl Tani Doha Forumundakı çıxışı zamanı bildirib.

“Körfəz böhranına nəzər salsanız, hər kəs bilir ki, bunun heç bir əsası yoxdur, həmin ixtilafda böyük rolu texnologiyalar oynayıb. Vəziyyətin 18 aydır donduğunu görürük, bütün bu müddət ərzində bizimlə başqa Körfəz ölkələri arasında hər hansı bir dialoq yoxdur”, - deyə o qeyd edib.

Xatırladaq ki, 2017-ci ilin iyun ayında Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Misir Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edərək bu ölkə ilə diplomatik münasibətləri və hər hansı əlaqələri dayandırıblar. Qətər bu addımları iqtisadi nailiyyətlərinə paxıllıqdan doğduğunu bildirmişdi.

15.12.2018 15:54 / Baxılıb: 120 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo