Ərdoğan: "Fransada baş verənlər Avropada demokratiyanın uğursuzluğunu göstərir"

Fransada etiraz aksiyaları Avropada demokratiyanın uğursuzluğunu və söz azadlığı və insan haqlarına riayət olunması ilə bağlı problemlərin olduğunu göstərir.

Azadinform "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə liderinin sözlərinə görə, bir çox Avropa şəhərlərində gərgin vəziyyət yaranıb.

"Avropada baş verənləri görürsünüzmü? 15 iyulda onlar bizə edilənlərə qarşı səssiz qaldılar. Bir çox Avropa ölkəsinin, xüsusilə də Parisin küçələri bir-birinə qarışıb. Bizim polisimizə lağ edənlərin polisi indi görün nələr edir? Bizim polisimiz mərhəmətlidir", - deyə o bildirib.

Ərdoğan qeyd edib ki, Ankara həm nümayişçilərin yaratdığı xaosa, həm də etirazçılara qarşı həddindən artıq güc tətbiqinə qarşıdır.

Bu gün Fransanın paytaxtı və digər şəhərlərində qiymət və vergi artımına qarşı etiraz aksiyaların davam etdirilib.

8.12.2018 22:19 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo