İranda terror aktı törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb

İranın cənub-şərqində yerləşən Çabahar liman şəhərində terror aktı törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Zahedan şəhər prokurorluğuna istinadən "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilir ki, şübhəli şəxslər İranın Sistan və Bəlucistan əyalətlərinin müxtəlif şəhərlərində tutulublar. Hazırda araşdırmalar davam etdirilir.

Cümə axşamı səhər Çabahar şəhərində terrorçu-kamikadze minalanmış avtomobil ilə təhlükəsizlik qüvvələri qərargahının ərazisinə keçmək istəyib. Ardınca partlayış baş verib və nəticədə 2 nəfər ölüb, daha 42-si yaralanıb.

8.12.2018 21:32 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo