Səudiyyə Ərəbistanı neft ixracını gündəlik 1 milyon barel azaldacaq

Səudiyyə Ərəbistanı yanvar ayında noyabrın göstəriciləri ilə müqayisədə neft ixracını gündəlik 1 milyon barel azaldacaq.

Azadinform TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü mənblərə istinadən "Reuters" yazıb.

Bildirilir ki, yanvarda Səudiyyə neftinin ixracı xammala olan tələbatın mövsümü olaraq azalması ilə əlaqədar sutkada 7,3 milyon barel təşkil edəcək. Mənbələrin qeyd etdiyinə görə, ixracın azaldılması qərarı Səudiyyə Ərəbistanının OPEC+ ölkələri ilə neft hasilatının azaldılmasına dair sövdələşmənın yerinə yetirilməsi ilə bağlıdır.

Bundan əvvəl OPEC-ə üzv ölkələr gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər.

8.12.2018 20:54 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo