Qar və çovğun İranın 12 vilayətini caynağına alıb

İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, İsfahan, Tehran, Şimali Xorasan, Qəzvin, Kürdüstan, Kirmanşah, Lorestan, Mazandaran, Mərkəzi və Həmədan vilayətləri qar və çovğun altındadır. 24 dağlıq ərazidə zərərçəkənlərə yardım edilib.

Azadinform-un məlumatına görə, bunu İranın Xilasetmə və Yardım Təşkilatının sədr müavini Şahin Fəthi deyib.

Onun sözlərinə görə, 2 150 nəfərə yardım edilib, 103 nəfər müvəqqəti məkanlara yerləşdirilib. Həmçinin 321 avtomobil qardan çıxarılıb.

8.12.2018 19:46 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo