Salahın het-triki "Liverpul"a böyükhesablı səfər qələbəsi qazandırıb

"Liverpul" futbol üzrə İngiltərə çempionatının 16-cı turunda "Bornmut" üzərində qələbə qazanıb.

Azadinform xəbər verir ki, Bornmut şəhərinin "Vitaliti" stadionunda keçirilən matç 4:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Oyunda hesab 25-ci dəqiqədə açılıb. "Liverpul"un forvardı Məhəmməd Salah fərqlənib. Misirli ikinci hissənin əvvəlində dublunu rəsmiləşdirib. Salah 77-ci dəqiqədə het-trik edib. Oyunda daha bir qol isə Stiv Kukun ayağına yazılıb. O, topu öz qapısına göndərib.

İngiltərə Premyer Liqası. 16-cı tur

"Bornmut" – "Liverpul" - 0:4

Qollar: 0:1 – Salah – 25, 0:2 – Salah – 48, 0:3 – Kuk – 68 (avtoqol), 0:4 – Salah – 77

8.12.2018 19:17 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo