Fransada keçirilən etiraz aksiyalarında 31 min nəfər iştirak edir

Bu gün Fransada aksiyalarında 31 min nəfər iştirak edir.

Keçən şənbə günü eyni vaxtlarda bu say 36 min idi.

Polis “Sarı jiletlilər“i gözyaşardıcı qazlardan istifadə edərək yatırmağa çalışır. Bütün ölkə üzrə 89 min, Paris üzrə 8 min asayiş keşikçisi səfərbər olub. Bu saatlara qədər 700-dən çox nümayiş iştirakçısı saxlanılıb.

Aksiyalar zamanı “Dimanch“ qəzetinin fotoqrafı yaralanıb.

Noyabrın 17-dən etibarən yanacağa tətbiq ediləcək verginin artırılmasına qarşı başlamış etirazlar geniş vüsət alıb. Bu gün nümayiş iştirakçılarının əsas tələbi Fransa Prezidenti Emmanuel Makronun istefasıdır. (report)

8.12.2018 18:51 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo