İranda terror hücumu nəticəsində xəsarət alanların sayı 42 nəfərə çatıb

İranın Sistan və Bəlucistan vilayətinin Çabahar liman şəhərində terror aktı nəticəsində 2 nəfər ölüb, 42 nəfər də xəsarət alıb.

Azadinform İSNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranşəhr Tibb Elmləri Universitetinin prezidenti Mehran Əminifərd məlumat verib. 

Zərərçəkənlər arasında təhlükəsizlik qüvvələrinin 10 nəfər əməkdaşı da var. Yaralıların əksəriyyətinin xəstəxanalardan evə buraxıldığı bildirilir.

Qeyd edək ki, bu gün Çabahar şəhərində terror aktı törədilib. 

6.12.2018 22:46 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo