Bakının bir sıra müntəzəm marşrut xətlərində dəyişiklik edilib

AZADİNFORM. Bakının bir sıra müntəzəm marşrut xətlərində dəyişiklik edilib. 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Azadinform-a verilən məlumata görə, bu addım ictimai nəqliyyatda əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması işləri çərçivəsində atılıb. 

Belə ki, 12 və 44 nömrəli müntəzəm marşrut xətləri bir-birini təkrarladığından onların birləşdirilərək bir nömrə (12 nömrə) altında təşkil edilməsinə qərar verilib.

Bundan başqa, 62 və 81 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi isə “Çinar Trans” MMC-yə həvalə edilib. 

Hər iki marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək. 

Eyni zamanda 64 nömrəli müntəzəm marşrut xətti üzrə də sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək. Bu məqsədlə, xətt üzrə müvəqqəti sərnişindaşıma xidmətinin göstərilməsi “General avto kompani” firmasına həvalə edilib. 

Həmçinin 88 nömrəli müntəzəm marşrut xətti üzrə isə sərnişindaşıma xidmətinin təşkili “BakuBus” MMC-yə həvalə olunub.

Dəyişikliklər gələn il yanvarın 1-dən tətbiq ediləcək.

6.12.2018 22:19 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo