Peru Futbol Federasiyasının prezidenti saxlanılıb

Peru Futbol Federasiyasının prezidenti Edvin Ovyedo saxlanılıb. 

Azadinform xəbər verir ki, məlumatı yerli RPP radiosu yayıb. 

Polis federasiya rəhbərini cinayətkar təşkilat ilə əlaqalərdə şübhəli bildiyi üçün 10 günlük istintaqa cəlb edib. 

Həbs Lima şəhərində hüquq-mühafizə orqanının qərarı ilə həyata keçirilib. Ovyedo, əsasən, korrupsiya ilə bağlı ittiham olunur. 

Qeyd edək ki, Edvin Ovyedo 2014-cü ildən Peru Futbol Federasiyasının prezidentidir. 

6.12.2018 22:07 / Baxılıb: 50 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo