Elmar Məmmədyarov İtaliyanın ATƏT PA-dakı nümayəndə heyətinin sədri ilə görüşüb

AZADİNFORM. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Milana səfəri çərçivəsində İtaliyanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin sədri Paolo Qrimoldi ilə görüşüb.

XİN-dən Azadinform-a verilən məlumata görə, görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları, iki ölkə arasında parlamentlərarası əlaqələr və ATƏT PA çərçivəsində əməkdaşlıq mövzuları müzakirə edilib.

Tərəflər Azərbaycanın bölgədə rolu, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr, xüsusilə də "Cənubi Qaz Dəhlizi" layihəsi, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi, eləcə də qarşılıqlı maraq kəsb edən digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

6.12.2018 21:54 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo