UEFA Şotlandiya klubuna qarşı intizam işi açıb

UEFA Şotlandiyanın “Reyncers” klubuna qarşı intizam işi açıb.

Azadinform qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Qlazqo təmsilçisinin azarkeşlərinin Avropa Liqasının V turunda İspaniya “Vilyarreal”ı ilə ev oyunu zamanı davranışlarıdır. 

“Reyncers” matç zamanı azarkeşlərin meydana daxil olmasına və kənar əşyaların atılmasına görə cəzalana bilər.

UEFA İntizam Komitəsi məsələ ilə bağlı dekabrın 13-də qərar verəcək.

Qeyd edək ki, oyunda hesab açılmayıb.

6.12.2018 21:26 / Baxılıb: 51 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo