Fransa çempionatında daha iki oyun təxirə salınıb

Futbol üzrə Fransa çempionatının XVII turunda keçirilməsi nəzərdə tutulan "Monako" - "Nitsa" və "Sent-Etyen" - "Marsel" matçları təxirə salınıb.

Azadinform Fransa Liqa 1-in rəsmi saytına istinadən xəbər verir ki, buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub. 

Qeyd edək ki, "Monako" - "Nitsa" oyunu dekabrın 7-də, digər matç isə dekabrın 10-da keçirilməli idi. Daha öncə "Tuluza" - "Lion" və PSJ -  "Monpelye" matçları da eyni səbəbdən təxirə salınıb.

6.12.2018 21:04 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo