Bu gündən Kubada mobil internet əlçatandır

Kuba sakinləri dekabrın 6-dan etibarən üçüncü nəsil (3G) mobil rabitə texnologiyası üzrə mobil internetə çıxış əldə edəcəklər. Bu haqda Kubanın “ETECSA” dövlət telekommunikasiya müəssisəsinin texnologiyalar və biznes-strategiya üzrə vitse-prezidenti Tanya Velaskes deyib.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, internetə qoşulma üçün Kuba sakinlərinin “3G” texnologiyasını dəstəkləyən telefona sahib olması kifayətdir.

"İnternetə qoşulma prosesi 8 dekabradək tədricən həyata keçiriləcək. Hər bir abunəçiyə xidmətin aktivləşdirilməsini təsdiq edən mesaj göndəriləcək" – Velaskes deyib.

O, həmçinin bildirib ki, istifadəçilər üçün müxtəlif trafik həcminə malik bir neçə tarif əlçatan olacaq.

Kuba internetin yayılma səviyyəsi aşağı olan ölkələrdən biri olaraq qalır. Hakimiyyətin məlumatına görə, 2017-ci ildə kubalıların təxminən 40%-i internetə çıxış imkanına malik olublar ki, bu da 2010-cu ilin göstəricisini (37%) ötür.

6.12.2018 20:28 / Baxılıb: 43 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo