Əbülfəs Qarayev Hacıqabulda vətəndaş qəbulu keçirəcək

AZADİNFORM. Mədəniyyət naziri Əbülfəs Qarayev Hacıqabul şəhərində vətəndaşları qəbul edəcək.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a verilən məlumata görə, dekabrın 14-də saat 11:00-da Hacıqabul şəhər Heydər Əliyev Mərkəzində (Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 7) keçiriləcək qəbulda Şirvan şəhərinin, Sabirabad, Hacıqabul, Saatlı, Kürdəmir, Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarının sakinləri iştirak edəcəklər.

Vətəndaşlar Nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.

6.12.2018 19:17 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo