UEFA Qarabağa 1 milyona yaxın pul ayırıb

Samir Soltanov/AZADİNFORM. UEFA növbəti dəfə "Qarabağ" klubuna pul ayırıb. 

Azadinform xəbər verir ki, UEFA-nın Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, 2017/2018-ci il mövsümü üçün Ağdam təmsilçisinə Çempionlar Liqası iştirakçısı kimi ayrılan 981 min avro vəsait AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb. 

Qeyd edək ki, "Qarabağ" ötən mövsüm ölkəmizi Çempionlar Liqasının qrup mərhələsində təmsil edən ilk klub kimi Azərbaycan futbolunun tarixinə düşüb.

6.12.2018 19:00 / Baxılıb: 45 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo