Gələn il DGK qarşısında 3 milyard 702 milyon manat büdcə proqnozu qoyulub

Samir Soltanov/AZADİNFORM. “Gələn il Dövlət Gömrük Komitəsinin qarşısında 3 milyard 702 milyon manat büdcə proqnozu qoyulub”. 

Azadinform xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, gələn il üçün büdcə proqnozları ilə bağlı tapşırıqlar qoyularkən aksiz dərəcələrində müəyyən dəyişikliklər olunub,energetik içkilərin aksizlərə cəlb edilməsində xüsusi bir hesablama həyata keçirilib. 

Sədr qeyd edib ki, komitə qarşısında qoyulan büdcə proqnozunun icrası ilə bağlı bütün resurslar və texniki imkanlar tam səfərbər olunub, hesablamalar aparılıb və büdcə sistemi haqqında qanuna uyğun olaraq büdcə layihəsi işlənərkən komitənin ekspertləri, xüsusilə də baş idarə rəisləri orada təmsil olunublar. Düşünürük ki, gələn il də büdcə proqnozu artıqlaması ilə yerinə yetiriləcək.

6.12.2018 18:25 / Baxılıb: 54 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo