OPEC qərarları Twitterdəki fikirlərə görə formalaşmır

Samir Soltanov/AZADİNFORM. “Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qərarları “Twitter”dəki fikirlərə görə formalaşmır”. 

Azadinform xəbər verir ki, bu sözləri Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Nazir bildirib ki, neft sənayesi tələb və təklifi nəzərə alır, buna görə də bazarda qərarlar qəbul edir: “Kartel üzvləri bazarın vəziyyəti, neft təklifi və tələbat arasında balans, eləcə də mövcud ehtiyatlar əsasında qərar qəbul edir. OPEC öz qərarlarını “Twitter”də siyasətçilərin müraciətləri əsasında qəbul etmir”. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən gün öz “Twitter” səhifəsində belə yazıb: “Ümid edirəm ki, OPEC neft hasilatını hazırkı səviyyədə saxlayacaq, azaltmayacaq. Çünki dünya baha neft qiyməti görmək istəmir və ya buna ehtiyac duymur”.

6.12.2018 18:13 / Baxılıb: 50 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo