Prezident İlham Əliyev Rusiyaya işgüzar səfər edib

Samir Soltanov/AZADİNFORM. Bu gün Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gəlib. 

Azadinform xəbər verir ki, dövlətimizin başçısını Sankt-Peterburq şəhərindəki Pulkova-1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeniy Qriqoryev və digər rəsmi şəxslər qarşıladılar.

Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Prezident Kitabxanasına gəldi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Prezidentlər birgə foto çəkdirdilər. Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər.

6.12.2018 17:40 / Baxılıb: 319 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo