Günəş eynəkləri ilk dəfə məhkəmələrdə taxılırdı

Aygün Nəbiyeva / AZADİNFORM. Günəş eynəklərinin ilk dəfə məhkəmələrdə istifadə edildiyini bilirdinizmi? 

Azadinform xəbər verir ki, 1300-cü illərdə Çində hakimlər məhkəmə zalına girərkən günəş eynəklərini taxırdılar. Çünki fikirlərinin gözlərindən oxunulmasını istəmirdilər. Hətta o zamanlarda qoyulan ədalət heykəllərinə belə günəş eynəyi taxılırdı. Şaxtaçılar isə qar və buzdan qorunmaq üçün istifadə edirdilər. Düzdür bu gözlüklər müasir dövrdəki kimi deyil, daha sadə idi. 

1930-cu illərdə Bausch və Lomb pilotların gözlərinə düşən işıqların parıltısını azaltmaq üçün xüsusi günəş gözlükləri hazırladı və bundan sonra o Ordu Hava Qüvvələri tərəfindən işə qəbul edildi. Bir müddət sonra fizik və optik əməkdaşlarının birlikdə hazırladıqları, işıq qəbul edə bilən tünd yaşıl rəngli eynək ərsəyə gətirildi. 1960-cı illərdə isə artıq Hollivud ulduzlarının gözlərində görünməyə başladı. Günəş gözlüklərinin “qızıl çağı” deyə adlandırılan bu dövrdə günəş eynəyi yalnız günəşdən qorunmaq üçün deyil, həm də dövrün dəbinə uyğunlaşmaq üçün alınırdı. Daha gözəl görünmək üçün taxılan eynək artıq qaranlıq məkanlarda belə istifadə edilməyə başlanılmışdı. 

6.12.2018 17:35 / Baxılıb: 312 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
12.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo