Cütlükdən ayrılıq iddialarına cavab

Aygün Nəbiyeva/AZADİNFORM. Son günlərdə birlikdə görünməyən Nəslihan Atagül və Kadir Doğulu cütlüyü ayrılıq iddialarına cavab verib. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir birlikdə görünməyən cütlüyün səssizliyi iddiaları daha da artırsa da, Kadir Doğulu çıxan xəbərlərə son nöqtəni qoydu. Doğulu “Hamı istədiyi kimi yaşayır. Sizlərlə qarşılaşmalıyıq deyə bir dərdimiz yoxdur. Danışdıqlarımız ekrana fərqli şəkildə əks olunduqda xoşumuza gəlmir. Əslində biz çölə çıxırıq, amma sizinlə qarşılaşmırıq. Getdiyimiz yerlər sizinlə qarşılaşa biləcəyimiz yerlər deyil”, - ifadələrini işlədib. 

Qeyd edək ki, Kadir Doğulu ilə evli olan Neslihan Atagül ötən gün “Pantene Altın Kelebek Ödülleri Töreni” ilə bağlı Bakıda səfərdə idi.

6.12.2018 16:23 / Baxılıb: 311 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
12.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo