"Neft hasilatının azaldılması Rusiyanın mövqeyindən asılıdır"

Samir Soltanov/AZADİNFORM. Bu gün Vyanada OPEC Nazirlər Şurasının 175-ci iclası başlayıb. 

Azadinform xəbər verir ki, iclasda əsasən gələn ilin əvvəlindən etibarən neft hasilatının azaldılması məsələsi müzakirə edilir. İştirakçılar kartelin qeyri-OPEC ölkəsi olan Rusiyanın hasilatla bağlı mövqeyini gözlədiyini bildirirlər. Vyanada səfərdə olan Rusiyanın energetika naziri Aleksandr Novak məsləhətləşmələr üçün Moskvaya qayıdıb. O, sabah Vyanada keçiriləcək OPEC və qeyri-OPEC nazirlərinin V görüşündə rəsmi Moskvanın mövqeyini təqdim edəcək. 

İclas iştirakçıları neft hasilatının həcminin azaldılacağına dair ümumi razılaşmanın mümkün olacağına işarə etsələr də, konkret rəqəmləri açıqlamayıblar. Mütəxəssislərin rəyinə görə, OPEC-ə üzv ölkələr gündəlik hasilatı ümumilikdə 1,3 milyon barrel azaldılmasını nəzərdən keçirirlər.

6.12.2018 16:05 / Baxılıb: 301 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo