Azercell daha bir Eksklüziv təqdim etdi - Sabirabadda

Adəm Abbaslı/AZADİNFORM. Müştərilərinə geniş seçim imkanı vermək, onların rahatlığını təmin etmək üçün “Azercell Telekom” MMC yeni konsepsiyalı satış və xidmət mərkəzlərinin sayını artırmağa davam edir.

Azercell-dən Azadinform-a verilən məlumata görə, yeni il ərəfəsində Sabirabadda müştərilər üçün yeni mağaza istifadəyə verilib. Mağazada abunəçilər müştəri xidmətlərində edilən əksər əməliyyatları, mobil nömrələr üzrə ödəmələri həyata keçirə və istədikləri mobil cihazları nağd və ya kredit şəklində əldə edə bilərlər. Düzgün cihaz seçimi etməkdə, xidmətləri aktivləşdirməkdə və digər məsələlərdə müştərilərə peşəkar satıcılar dəstək olacaqlar. Digər eksklüziv mağazalarda olduğu kimi, Azercell Sabirabad şəhərindəki müştəriləri üçün də açılış gününə özəl xüsusi kampaniya keçirir. Belə ki, dekabr ayının 5-dən etibarən 7 gün müddətində Sabirabad Azercell Eksklüziv mağazasından yeni Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq.

6.12.2018 15:54 / Baxılıb: 409 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
12.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo