Kabildə parlament seçkilərinin nəticələri ləğv olunub

Samir Soltanov/AZADİNFORM. Əfqanıstan seçki komissiyası parlament seçkilərinin nəticələri hesablanarkən Kabil paytaxt vilayətində seçicilərin səslərini nəzərə almamaq barədə qərar qəbul edib. 

Azadinform xəbər verir ki, buna seçki prosesi zamanı çoxsaylı pozuntular səbəb olub. Belə ki, Kabildə seçkilərin gedişində qayda pozuntusuna dair 2767 şikayət qeydə alınıb. Əfqanıstan seçki komissiyasının fikrincə, həmin vilayətdə seçkilər yenidən keçirilməlidir. Kabil seçki komissiyasının üzvləri hazırda bununla bağlı məsləhətləşmələr aparırlar və son qərar yaxın vaxtlarda elan ediləcək. 

1TV telekanalının məlumatına əsasən, Bədəxşan, Baqlan və Vardak vilayətlərində də seçkilərin nəticələri ləğv oluna bilər. 

Xatırladaq ki, Əfqanıstan parlamentinin aşağı palatasına seçkilər oktyabrın 20-21-də keçirilib.

6.12.2018 15:44 / Baxılıb: 272 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo