AÇG və "Şahdəniz" yatağı üzrə gəlirlər açıqlanıb

Samir Soltanov/AZADİNFORM. 2018-ci il dekabrın 1-nə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" yatağı üzrə gəlirlər açıqlanıb. 

Azadinform xəbər verir ki, AÇG üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 137 446 mln. dollar təşkil edib. 

Bu ilin əvvəlindən dekabrın 1-dək AÇG yatağından 8 960 mln. dollar gəlir əldə olunub. "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər isə 222 mln. dollar olub. 

"Şahdəniz" yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən) 2 506 mln. dollar təşkil edib.

6.12.2018 15:10 / Baxılıb: 282 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo