SOCAR: Bu, Azərbaycana qarşı təxribatdır!

Adəm Abbaslı/AZADİNFORM. Gürcüstan vətəndaşlarının banklara olan borclarının SOCAR tərəfindən ödənməsi ilə bağlı yayılan məlumatlar Azərbaycanın düşmənlərinin yaydığı şayiədir, təxribat və yalandan başqa bir şey deyil.

Bu barədə Azadinform-a SOCAR-dan məlumat verilib.

Məlumatda deyilir: "Uzun illərdir qonşu Gürcüstanda fəaliyyət göstərən SOCAR başqa şirkətlər kimi ödədiyi qanuni vergilərdən başqa Gürcüstan dövlətinə və vətəndaşlarına heç bir ödəmə etmir və onların qarşısında heç bir öhdəlik daşımır.

Azərbaycanın qlobal brendi SOCAR müxtəlif ölkələrdə həyata keçirdiyi əməliyyatlarla ölkəmiz üçün əlavə gəlir gətirir və mənfəət əldə edir. Gürcüstan, Türkiyə, İsveçrə və digər xarici ölkələrdə əldə etdiyimiz gəlirlər ötən il SOCAR-ın ümumi gəlirlərinin 90%-dən çoxunu təşkil edib. Təbii ki, SOCAR-ın əldə etdiyi bu nailiyyətlər Azərbaycan xalqının düşmənlərini heç də sevindirmir və onlar ölkə daxilində asayişi pozmaq və təxribat yaratmaq məqsədi ilə bu şayiələri yaymaqla məşğuldurlar".

6.12.2018 14:55 / Baxılıb: 636 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo