Trampla Ərdoğan arasında əlaqələr intensivləşib

Aygün Nəbiyeva /  AZADİNFORM. “Türkiyənin yaxın zamanlarda ABŞ-ın diktəsi ilə Rusiya ilə əlaqələrə son verməyəcəyinin əlamətləri görünür”.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, “Türk axını” layihəsinin tikintisi başa çatması münasibəti ilə keçirilən təntənəli mərasimdə R.T.Ərdoğan V.Putinə “zati aliləri” deyə xitab edib: “Bu müraciət forması Türkiyənin yaxın zamanlarda ABŞ-ın diktəsi ilə Rusiya ilə əlaqələrə son verməyəcəyinin əlamətidir. Görüşdə prezidentlər ölkələr arasındakı münasibətlərin bütün spektrini müzakirə etdilər. Rusiyadan Türkiyəyə turist axının artdığı xüsusi qeyd edildi. Daha çox Suriya məsələsi və İrana qarşı ABŞ sanksiyaları müzakirə olunsa da Kerç insidenti də müzakirə gündəliyinə daxil oldu”. 

Politoloq vurğulayıb ki, Rusiya Müdafiə naziri S.Şoyqu Soçidə Türkiyənin Milli Müdafiə naziri Hulusu Akarla görüşüb, Suriyada və İdlib ətrafındakı məsələni hərtərəfli müzakirə ediblər: “ABŞ prezidenti Trampla türkiyəli həmkarı Ərdoğan arasında əlaqələr intensivləşib. İki dəfə telefonla danışan prezidentlər Parisdə görüşdülər. Suriya məsələsi və səudiyyəli jurnalist Qaşıqçının qətlə yetirilməsi məsələləri müzakirə edildi. Türkiyə Suriyada ABŞ-ın müşahidə məntəqələri yaratmaq planını dəstəkləmədi. ABŞ Fətullah Gülənin ofisinin rəhbəri Salih Gezegiri Türkiyəyə deportasiya etdi. Bu Türkiyədə Gülənin də veriləcəyi ümidlərini yaratdı. Qaşıqçının qətlinin üstünün açılması istiqamətində maksimal fəaliyyətdə olan Türkiyənin öz jurnalistlərinə qarşı neqativ münasibəti Qərbdə birmənalı qarşılanmır”.

6.12.2018 14:45 / Baxılıb: 325 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo